Şuşa şəhərində pişiklər üçün sığınacaq yaradılıb.
Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən Medianews.az-a məlumat verilib.
“Bu gün Şuşada yağış yağır və dumanlı hava hökm sürür. Şadıq ki, balaca dostlarımız üçün hazırladığımız kiçik yuvalar onların isti sığınacağına çevrilib”, – məlumatda bildirilib.