Xəbər verdiyimiz kimi, bloger Aysel Şükürova aprelin 3-də Bakıda partlayış olan “Location” gecə klubunda xəsarət alıb.
Axşam.az xəbər verir ki, xəstəxanada olan Aysel ötən gün əməliyyat olunub. Bu haqda onun bloger dostu Raul məlumat yayıb.
O bildirib ki, Ayselin səhhətində irəliləyiş yoxdur.
Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 1 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.