“Yerində olmayan məmurlar çoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Millət vəkili turizmdən danışıb: “Turizm sahəsinin inkişafının inhisarda olduğundan xəbərsizəm.
Ölkəyə gələnləri test verməyəndə geri qaytarırlar. Deyirlər qayıt get testi İstanbulda ver. Niyə? Hava limanından 10 metr aralıda test vermək mümkündür”.