Ukraynanın Mariupol şəhərində Rusiya Silahlı Qüvvələrinə qarşı döyüşən 503-cü batalyonun 267 dəniz piyadası təslim olub.
BAKU.WS xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov məlumat yayıb.
Təslim olan ukraynalı hərbçilərə bildirilib ki, onlar doğru qərar qəbul ediblər.
Kadırovun yaydığı digər görüntülərdə şəhərdə gedən küçə döyüşləri öz əksini tapıb. Çeçen xüsusi təyinatlılar Mariupolu tam ələ keçirmək üçün ukraynalı hərbçilərlə aktiv döyüşə girirlər.