Xarici ölkələrdə təhsil almaq bir çox gənclərin arzusu, istəyidir. Son illərdə bu sahə üzrə xeyli sayda irəliləyiş, artım müşahidə edilir.
Bəs görəsən, azərbaycanlı tələbələrin təhsil üçün ən çox müaricət etdiyi ölkələr hansılardır?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Medianews.az saytına açıqlaması zamanı bildib ki, Azərbaycan gənclərinin təhsil almaq üçün müraciət etdiyi ölkələr fərqlidir. Onun sözlərinə görə, ciddi şəkildə təhsil almaq üçün gedilən ölkələr sırasında Türkiyə ilk yerdə durur.
“Çünki burada dil məsələsi başlıca rol oynayır. Bununla yanaşı məsafə baxımdan yaxınlıq və Türkiyədə təhsil qiymətlərinin ucuzluğu da vacib amildir.
Türkiyədə çox yaxşı dövlət və özəl univerisitetləri var və onlara qəbul da çox çətindir. Oradakı qəbul şərtləri Amerika, Avropadakı universitetlərin şərtlərdən heç də geri qalmır. Türkiyədə burslar qazanan xeyli sayda gənclərimiz də var. Hanısı ki, həmin tələbələrin tibbi sığorta, nəqliyyat, qalmaq xərcləri və təqaüd almalarını Türkiyə dövləti qarşılayır”.
Ekspert bildirir ki, gənclərimizin təhsil üçün daha çox üz tutdu ölkələrdən digəri isə Rusiyadır.
“Rus bölməsini bitirmiş gənclər daha çox üstünlük təşkil edir. Burada da məsafə və təhsil haqqının aşağı məbləğdə olması əsas faktorlardan biridir.
Dövlət proqramaları çərçivəsində Avropa ölkərində də təhsil alan gənclərimiz kifayət qədərdir. Son illərdə təhsil almaq üçün Çin Xalq Respublikasına getmək istəyənlərin sayında da artım hiss olunur. Bu hal kütləvi deyil, amma var. Burada da Çin universitetlərinin dünyada artan reytinqi və gələcəkdə çin dili bilməklə əmək bazarında daha yaxşı yer tuta bilmək məsələsi əsas amildir”.
Ekspertin sözlərinə görə, Amerika və Kanada da təhsil almaq istəyənlərin sayında xeyli artım var.
“Bizim kifayət qədər gənclərimiz var ki, onlar Amerikanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə ediblər.
Onu da qeyd edim ki, Qərbi Avropa universitetlərində də xeyli sayda gənclərimiz təhsil alır”.
Leyla
Medianews.az