Müğənni Şəbnəm Tovuzlu “MTV Maqazin”ə açıqlamasında həyat yoldaşı ilə münasibətlərindən danışıb.
İfaçı qarderobundakı libasların qiyməti barədə məlumat verib və həyat yoldaşının qısqanc olduğundan bəzi geyimləri ona qadağan etdiyini bildirib:
“Bunu bir dəfə geyindim, güclü söz-söhbət oldu. Yanlarından və sinə hissəsindən bədənim görünürdü deyə icazə vermədi”.
Ş.Tovuzlu həyat yoldaşı ilə fotosunu paylaşmama səbəbini də bölüşüb:
“Bu dəqiqə yan-yana şəklimizi çıxardım. Bilirəm ki, xoş söz yazmayacaqlar. İllərdir görmək istəyənlər var, əslində yıxıb sürüyəcəklər, nələr yazacaqlar. Ən yaxşısı görməsinlər. Görməyəndə daha şirin, maraqlı olur”.
İfaçı onu da qeyd edib ki, heç vaxt xəyanətə görə, ailəsini dağıtmaz:
“İlk dəfə iki gün küsülü qalmışdıq. Artıq havam çatmırdı. Xəyanətə görə ailəmi dağıtmaram. Sevgimizin bitməsini çoxları sitəyir. Amma bu olmayacaq, alınmayacaq, arzularına çatmayacaqlar. Sevgimizi bitirən yalnız o ola bilər ki, nə zamansa məni kimlərinsə ayağına verər”.