Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda, ABŞ prezidenti Bayden strateji bir addım atıb.
Mediaews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bayden müttəfiqləri sovet istehsalı olan tankları Ukraynaya göndərməyə çağırıb.
O bildirilib ki, Ukrayna ordusunun bu tanklardan istifadə qaydalarını bilməsi sahədə işləri asanlaşdıracaq. Ekspertlər Baydenin bu addımının müharibənin gedişatını dəyişə biləcəyini deyir.
“New York Times” qəzeti bəzi yüksək səviyyəli ABŞ rəsmilərinə istinadən yazıb ki, ABŞ rəsmisi Bayden administrasiyasının müttəfiqləri “sovet istehsalı olan tanklarınızı Ukraynaya göndərin” – deyə çağırış edib. Sovet istehsalı olan tanklara üstünlük verilməsinin səbəbi, Ukrayna ordusu bu tanklardan istifadə qaydalarını bilməsi və adaptasiya prosesinin asan olmasıdır. Bir müddət əvvəl Ukrayna prezidenti Zelenski də bu istiqamətdə açıqlama vermişdi.
ABŞ rəsmisi yaxın vaxtlarda sovet istehsalı olan tankların müharibə gedən ərazilərə gələcəyini bildirib. Belə ki, ABŞ ilk dəfə olaraq müharibədə tankların çatdırılmasına köməklik göstərib, rəsmilər isə tankların qısa müddətdə Ukraynaya veriləcəyini bəyan ediblər. Hələlik neçə tankın göndəriləcəyinin bilinmədiyi bildirilir və bu tanklar sayəsində Rusiyanın Donbasdakı hədəflərin uzaq mənzilli raketlərlə vurula biləcəyi qeyd edilib.
Bu addımdan sonra döyüşün gedişatında əhəmiyyətli bir dəyişikliyin ola biləcəyini ifadə edən ekspertlər, “Tankların gəlişi müharibədə yeni səhifənin açılmasına səbəb ola bilər. 5 həftədir davam edən müharibədə, Rusiya qüvvələri Ukraynanın şəhərlərini və nöqtələrini havadan vururdu” – deyə bildiriblər.
Ukrayna lideri Zelenski bazar günü NATO müttəfiqlərindən tank və təyyarələr istəyib, lakin NATO-nun ləng hərəkət etməsindən şikayətlənib. Baydenin ötən həftə Polşada Ukrayna rəsmiləri ilə görüşündən sonra o, tank istəyib. Digər tərəfdən Qərb ölkələrindən hələ də tank və reaktiv təyyarə almayan Ukrayna, müharibədə Rusiyadan ən azı 161 tank ələ keçirib.
Turan Oruc
Medianews.az