Yeni Kaledoniyanın Sakit okeanında yerləşən Luayote adaları qrupu yaxınlığında 6,8 bal gücündə zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri 7,5 minə yaxın insanın yaşadığı Tadine qəsəbəsindən 304 km cənub-şərqdə, episentri isə 10 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi barədə məlumat verilməyib.