Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Bu barədə nazir şəxsi “Twitter” səhifəsində paylaşım edib.
“31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə soyqırımı qurbanlarının xatirəsini yad edir və belə qeyri-insani cinayətlərin təkrarlanmaması üçün Ermənistanın cəzasız qalmamasının vacibliyini bildiririk.
Mart qırğınının günahsız qurbanlarını hüznlə və rəhmətlə anırıq”, – deyə C.Bayramov bildirib.