“Cənubi Qafqazda sülhün bərpa olunması ilə bağlı Ermənistanı ehtiyatlı davranmağa çağıracağam.”
Medianews.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.
“Biz itkinlərin taleyinin həll edilməsi, demarkasiya prosesinə də töhfə verməyə hazırıq. Bizim əsas məqsədimiz uzunmüddətli sülhü təmin etməkdir”, – o bildirib.
Medianews.az