Cümə axşamı, 7 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Zelenski və Putin GÖRÜŞÜ baş tuta bilər – Ortaq məxrəc TAPILIR

TURAN
30/03/2022 14:53
A A
0
BAXIŞ
FacebookTwitterTelegram

Dünən İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüş maraqlı açıqlamalarla yadda qalıb. Belə ki, müzakirədən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyətlərinə müraciətində bildirmişdi ki, artıq dialoqlar müsbət nəticə verməlidir: “Dünya sizdən gələn müjdələri gözləyir. Sizin müzakirələrdə əldə etdiyiniz nəticə növbəti mərhələdə liderlər səviyyəsində təması da təmin edə bilər”.

Maraqlıdır ki, müzakirədən sonra hər iki tərəfin nümayəndəsi, həmçinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu görüşün konstruktiv keçdiyini deyib. Çavuşoğlu vurğulayıb ki, müharibədən bəri bu, ən məhsuldar görüş oldu: “Bu gün Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündə bəzi mövzularda müəyyən razılıqlar əldə olundu. Əvvəlcə xarici işlər nazirləri, sonra isə liderlər səviyyəsində görüş keçirilə bilər”.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak və Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski də görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər. Hətta Podolyak bildirib ki, dövlət başçılarının görüşü üçün heç bir maneə yoxdur: “Bu günkü müzakirənin nəticələri dövlət başçıları səviyyəsində görüş üçün kifayətdir”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Medianews.az saytına açıqlaması zamanı bildirib ki, Ankara vasitəçilikdə israrlıdır.

Çünki müharibəni dayandırmaq və savaşın miqyasının genişləndirilməsinin qarşısını almaq Türkiyə üçün böyük dividentlər vəd edir:

“Görünən odur ki, artıq Moskva ilə Kiyev də sülhə daha “isti” yanaşırlar. Çünki hər iki tərəf, xüsusilə Kreml Çavuşoğlunun “müharibənin qalibi, sülhün məğlubu olmaz” tezisinin təsdiqini tapmaqdadır. Rusiya iqtisadi təzyiqlər, sanksiyalar altında tədricən “boğulur”. Ukraynanın isə gücü tükənməkdədir. Savaşın daha bir müddət davam edəcəyi təqdirdə hər iki ölkədə etiraz dalğasının yaranması və ya mövcud narazılıqların artması gözləniləndir.

Bu baxımdan prezidentlər səviyyəsində görüş həm Rusiyanın, həm də Ukraynanın maraqlarına uyğundur. Əsas məsələ isə ortaq məxrəcin tapılmasıdır. Müharibənin artıq bir aydır davam etdiyini nəzərə alsaq, deməli, tərəflər kifayət qədər prinsipial davranmağa çalışırlar. Buna baxmayaraq, güzəşt üçün də yer var. Kiyevin rəsmi şəkildə NATO-dan imtina etməsi mümkündür. Onsuz da NATO-ya üzvlük indiki halda müşkül məsələdir. Bundan əlavə  Zelenski bir neçə bu barədə oxşar fikirlərini səsləndirib. Həmçinin, bəlkə, Krım məsələsində müəyyən güzəştlər ola bilər. Podolyak dünən bu haqda danışarkən referendum keçiriləcəyinin anonsunu verib. Lakin, əlbəttə, bunlar qarşılıqsız olmayacaq. Əvəzində Rusiyanın Ukraynadan çıxması tələb olunacaq. Eyni zamanda Moskvanın Kiyevin daxili işlərinə qarışmayacağına dair öhdəlik tələb oluna bilər”.

Siyasi şərhçinin sözlərinə görə, Krım məsələsində Rusiyaya müəyyən güzəştlər oluna bilər. Lakin bu, heç bir halda Ukraynanın məğlubiyyəti kimi qiymətləndirilməməlidir:

“Əksinə, indi olduğu kimi, yaxın gələcəkdə, müharibə bitəndən sonra da Rusiyanın işi daha çətin olacaq. Kreml sanksiyaların hələ sadəcə “nəfəsini” hiss edir.

Çox böyük ehtimalla, yaxın günlərdə prezidentlər səviyyəsində təmaslar gündəmə gələcək və belə bir görüş baş tutacaq. Dövlət başçılarının məhz Türkiyədə görüşəcəyi gözlənilir. İstənilən halda, Ərdoğanın rəhbərliyi ilə qardaş ölkə vasitəçilik təşəbbüslərini davam etdirir. Əgər Türkiyə lideri bunu bacarsa, təkcə Rusiya və Ukraynanın deyil, həm də planetin xilaskarına çevriləcək, Qərbin məkrli oyununu isə pozacaq”.

Leyla
Medianews.az

DAHA ÇOX OXU

1-MANŞET

Ukrayna Baş Qərargahı: “Rusiyanın təxribat-kəşfiyyat qrupu darmadağın edilib”

07/07/2022
Cəmiyyət

Bahalı avtomobildə “Çəkil, yetim kasıb…” deyən Samid Bağırov vəfat ETDİ

07/07/2022
1-MANŞET

Yaşlı azərbaycanlı Ukraynada kimsəsiz qaldı: Vətənə qayıtmaq istəyən Məmməd yaxınlarına səsləndi – VİDEO

07/07/2022
export

Şəhid qardaşı şöbədə döyülüb? – DİN-dən açıqlama

07/07/2022
1-MANŞET

” … Berlinə qədər irəliləyəcəyik” – Kadırovun “sağ əli”ndən ŞOK AÇIQLAMALAR (VİDEO)

07/07/2022
export

Ailəsini qətl edən gənc sonda özünü güllələyib – Yazdığı mesajlar üzə çıxdı …

07/07/2022
SON XƏBƏR

"11 yaşında ana olmuşam" deyən qadın hər kəsi şoka saldı - VİDEO

“Rusiyanın şərq bölgələrinin zəngin təbii ehtiyatları Çinin iştahını qabardır”

Nişanlı gənc qız evlənmək istəmədiyi üçün özünü xəstəxana binasından atdı

Xəbər lenti

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin müddətinin uzadılması ölkəmizə olan etimadın yüksək dəyərləndirilməsidir – Sevinc Hüseynova

2022/07/07 11:42

Şəkidə “Şəhər günü” keçirilib

2022/07/07 11:35

Ceyhun Bayramov: “Postmünaqişə dövrü region üçün geniş imkanlar yaradır”

2022/07/07 10:53

Baş nazir onu istefaya çağıran naziri işdən çıxardı

2022/07/07 10:44

Konfrans Liqası: Bu gün 26 oyun keçiriləcək

2022/07/07 10:01

Futbol dünyasını çalxalayan transfer: Ronaldonun yeni klubunun adı açıqlandı

2022/07/07 09:58

Neft kəskin ucuzlaşdı

2022/07/07 09:34

Yoluxma kəskin artdı: 30 faiz insan…

2022/07/07 09:29

Ukrayna Baş Qərargahı: “Rusiyanın təxribat-kəşfiyyat qrupu darmadağın edilib”

2022/07/07 09:27

Azərbaycan velosipedçisi ilk dəfə dünya reytinq cədvəlinə düşüb

2022/07/07 09:25

“Parklamadan gəl pul büdcəyə yox, ciblərə gedir”

2022/07/07 09:22

Afşin Azəri Zaurla klip çəkdirdi – VİDEO

2022/07/07 09:21

Bahalı avtomobildə “Çəkil, yetim kasıb…” deyən Samid Bağırov vəfat ETDİ

2022/07/07 02:17

Yaşlı azərbaycanlı Ukraynada kimsəsiz qaldı: Vətənə qayıtmaq istəyən Məmməd yaxınlarına səsləndi – VİDEO

2022/07/07 02:09

İordaniya şahzadəsi ərə gedir

2022/07/07 02:00

Şəhid qardaşı şöbədə döyülüb? – DİN-dən açıqlama

2022/07/07 01:40

” … Berlinə qədər irəliləyəcəyik” – Kadırovun “sağ əli”ndən ŞOK AÇIQLAMALAR (VİDEO)

2022/07/07 01:29

Ailəsini qətl edən gənc sonda özünü güllələyib – Yazdığı mesajlar üzə çıxdı …

2022/07/07 01:20

Ukraynada könüllü döyüşən braziliyalı model ruslar tərəfindən öldürüldü – FOTO

2022/07/07 01:08

İranda britaniyalı diplomat casusluq ittihamı ilə saxlanılıb – FOTO

2022/07/06 23:59

Tahir Əmiraslanov kitablarını yandırdı: “Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki?” – VİDEO

2022/07/06 23:09

Azərbaycanda 21 yaşlı qız zorlandı

2022/07/06 21:50

Ayağını çölə çıxardaraq maşın sürən şəxs həbs edildi – Video

2022/07/06 21:38

Avtomobili olanlara şad xəbər – Qanuna dəyişiklik edildi

2022/07/06 21:30

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.