Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına direktorun müavini təyin olunub.
Medianews.az xəbər verir ki, bu barədə oxu.az-a Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Belə ki, təyinatla bağlı TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, həkim Nicat Kərimov Respublika Klinik Uroloji Xəstəxanasının direktorunun müavini təyin olunub.