Bazar ertəsi, 4 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Rusiyanın şərq bölgələrinin zəngin təbii ehtiyatları Çinin iştahını qabardır”

TURAN
30/03/2022 14:58
A A
0
BAXIŞ
FacebookTwitterTelegram


Rusiya ilə Ukrayna arasında müharibəsinin davam etdiyi vaxtda, Moskva-Pekin xəttindən diqqət çəkən bir açıqlama gəlib.
Bizimyol.info xəbər verir ki, Ukrayna və Rusiya arasındakı müharibə başlamamışdan əvvəl, yəni fevralın əvvəlində Rusiya prezidenti Vladimir Putin Çinə səfər etmiş və Çin lideri Si Cinpinlə görüşərək birlik mesajı vermişdi. O zaman verilən açıqlamada isə Rusiya və Çin birgə bəyanat verərək xarici müdaxilələrə qarşı əməkdaşlığı gücləndirmək qərarına gəldiklərini, həmçinin Çinin Ukrayna məsələsində Rusiyaya, Rusiyanın isə Tayvan məsələsində Çini dəstəklədiyi vurğulanmışdı.
Pekində keçirilən bu görüşdən həftələr sonra Rusiyanın Ukraynaya təcavüzünün davam etdiyi bir vaxtda Rusiya xəbər agentlikləri abunəçilərinə son dəqiqə açıqlaması veriblər. Rusiyanın IFAX xəbər agentliyinin məlumatında Rusiya ilə Çin arasında əməkdaşlığın genişləndiyi açıqlanıb.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Rusiya və Çin beynəlxalq şərtlərə meydan oxumaqla əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər”.

Siyasi şərhçi Elçin Xalidbəyli Medianews.az saytına açıqlaması zamanı bildirib ki, Rusiya Çini özünə müttəfiq hesab edir.

Onun sözlərinə görə, ABŞ və Qərbin həm Rusiyaya, həm də Çinə eyni düşmənçilik münasibəti bu iki dövləti məcburi müttəfiqə çevirir:

“Əslində isə, ABŞ və Qərbin bu münasibəti olmasaydı, Rusiya və Çin düşmən ola bilərdilər.

Məsələ ondadır ki, Çin öz sərhədləri ətrafında Rusiya kimi imperialist dövlət istəmir. Ən önəmli məqam odur ki, Rusiyanın şərq bölgələrinin zəngin təbii ehtiyatları Çinin iştahını qabardır. Əhalisi sürətlə artan Çinin Rusiyanın əsasən boş olan şərq torpaqlarını nə vaxtsa, özünə birləşdirməyin planlarını qurduğu Kremldəkilərə məlum reallıqdır. Hətta bəzi məlumatlara görə, Zəngin çinlilər artıq indidən Rusiyanın Çinlə həmsərhəd bölgələrində böyük torpaq əraziləri satın alıblar.

Yəni, Rusiya və Çin əslində, müttəfiq deyillər. Bu iki dövlət arasında rəqabəti şərtləndirən bir çox siyasi-iqtisadi səbəblər də var.
Ancaq ABŞ və Qərb bu iki dövləti eyni vaxtda hədəf almaqla, onları məcburi müttəfiqə çevirib. İndi Kremldə Rusiyanın xilas edilməsində Çinin verəcəyi dəstəyin həlledici faktorlardan ola biləcəyini anlamamış deyillər. Ona görə də, Kreml rəsmi Pekini ABŞ və Qərbə qarşı ortaq mübarizəyə çəkməyə çalışır.

Təbii ki, ABŞ və Qərb Çinin Rusiyaya dəstək variantını nəzərə almamış deyil. Son vaxtlar əsas xəbərdarlıqların məhz Çinə qarşı yönəldilməsi də qətiyyən təsadüfi xarakter daşımır. ABŞ və Qərb rəsmi Pekinin hər hansı formada Rusiyaya dəstək verəcəyi təqdirdə, Çinə qarşı da sanksiyaların tətbiq olunacağını hər imkanda təkrarlayır”.

Elçin Xalidbəylinin sözlərinə görə, Çinin yaxın vaxtlarda Rusiyaya dəstək verəcəyi o qədər də inandırıcı görünmür:

“Əslində, müşahidələr göstərir ki, ABŞ və Qərb hazırda Çinin Rusiyaya dəstək verməsindən məmnun olardı. Çünki, xüsusilə də Ağ Evin Çini də Rusiya ilə eyni vaxtda sanksiyaların hədəfinə çevirmək niyyətində olduğu nəzərə çarpır. Bu baxımdan, rəsmi Pekinin hələlik, ən azından ABŞ və Qərbin strateji hədəfləri tam aydınlaşana qədər Rusiyaya dəstək verməkdən yayınmağa çalışacağını düşünmək olar”.

Leyla
Medianews.az

DAHA ÇOX OXU

export

Azərbaycanda idmançı faciəli şəkildə öldü

03/07/2022
Cəmiyyət

Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı RƏSMİ MƏLUMAT

03/07/2022
export

Qurban Qurbanov təlim-məşq toplanışından danışdı: Məni narahat edən… – VİDEO

03/07/2022
export

Qazax Psixiatriya Xəstəxanasında xəstələrin həyatı təhlükə altına düşüb – FOTO, VİDEO

03/07/2022
export

Azərbaycanda Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb

03/07/2022
Cəmiyyət

Hava proqnozu AÇIQLANDI: İyulun 5-dək…

03/07/2022
SON XƏBƏR

Nişanlı gənc qız evlənmək istəmədiyi üçün özünü xəstəxana binasından atdı

Azərbaycan Delyagini İnterpolla axtarışa verdi

Ermənistan Qazaxın 7 kəndini boşaltmasa, o zaman Azərbaycan...

Xəbər lenti

Azərbaycanda idmançı faciəli şəkildə öldü

2022/07/03 13:28

Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı RƏSMİ MƏLUMAT

2022/07/03 13:07

Qurban Qurbanov təlim-məşq toplanışından danışdı: Məni narahat edən… – VİDEO

2022/07/03 12:53

Qazax Psixiatriya Xəstəxanasında xəstələrin həyatı təhlükə altına düşüb – FOTO, VİDEO

2022/07/03 12:43

Azərbaycanda Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb

2022/07/03 12:40

Hava proqnozu AÇIQLANDI: İyulun 5-dək…

2022/07/03 12:33

3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

2022/07/03 12:26

Beşinci doza vaksin vurulacaq? – Pfizerin baş direktorundan açıqlama

2022/07/03 12:13

Bu ölkədə könüllü hərbi xidmətə görə aylıq 323 avro veriləcək

2022/07/03 12:01

Ögey atadan dəhşətli əməllər: 2 il uşaqların üzərində siqareti söndürüb, üstlərinə qaynar su töküb, ac qoyub…

2022/07/03 11:48

Pakistan Silahlı Qüvvələrinin rəhbəri İran Prezidenti ilə görüşdü

2022/07/03 11:37

Azərbaycanda at fermasının sahibi həbs edildi

2022/07/03 11:24

“Pfizer”in baş direktoru pandemiyanın yeni dalğasının başladığını elan etdi

2022/07/03 11:11

Qəzada ölən arvadını iki il sonra televiziyada gördü şok oldu

2022/07/03 10:59

Dünən dəhşətli qəzada həlak olan Orxan, Sona və övladlarının VİDEOSU

2022/07/03 10:46

Toyuna 1 həftə qalmış nişanlısı tərəfindən döyülən azərbaycanlı müğənni

2022/07/03 10:33

Son aylarda kəskin narazılığa səbəb olan nazir İSTEFA VERDİ

2022/07/03 10:20

Hansı müğənninin əməliyyatdan sonra ombası çürüyüb?

2022/07/03 10:07

Günel TikTok-dan qazandığı məbləği açıqladı

2022/07/03 09:55

Aytac Amerikaya gedən həyat yoldaşı ilə ayrıldığını açıqladı

2022/07/03 09:43

“Akıncı”nın lazerli raket sınaqları uğurlu oldu – VİDEO

2022/07/03 09:31

Daha bir müəllim məzun günündə rəqsi ilə gündəm oldu- VİDEO

2022/07/03 09:16

Polis bayramı günü qəzada öldü- FOTO, VİDEO

2022/07/03 09:00

Parlamentin iclasına körpəsi ilə gələn deputat qalmaqala səbəb oldu – FOTOLAR

2022/07/03 08:10

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.