Rusiya Ordusu Ukraynanın Nikolayev şəhərinə raket hücumu həyata keçirib. Nəticədə regional dövlət administrasiyasının doqquzmərtəbəli binası qismən dağılıb.
Şəhər meri Vitali Kim dağılan yerlər arasında onun kabinetinin olduğunu da bildirib. Özü həmin vaxt ofisində olmayıb.
Dağıntılar altında insanların qaldığı bildirilir. Son məlumatlara görə, artıq yeddi nəfərin meyiti çıxarılıb, 20-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb. 100-dən artıq insan isə binadan təxliyə edilib.
(oxu.az)