“Bayden Administrasiyası ABŞ Konqresini Ağ Evin 2023-cü maliyyə ili üçün büdcə təklifində Ermənistana 24 milyon ABŞ dolları ayırmağa çağırıb. Bu 2022-ci maliyyə ili üçün bir neçə həftə əvvəl Konqres tərəfindən ayrılan və Prezident tərəfindən təsdiq edilən məbləğdən 21 milyon dollar azdır”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.
Ceyhun Bayramov Almaniya XİN başçısını regiondakı vəziyyət barədə məlumatlandırıb
Britaniya səfiri: “Baş nazirin ticarət elçisinin Azərbaycana səfəri çox məhsuldar keçdi”
Azərbaycanın təşəbbüsü ilə QH liderləri BMT Baş katibinə müraciət edəcək
Deputat bildirib ki, Ağ Evin bu addımı ermənilərin ABŞ-dakı əsas lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsinin (ANCA) narazılığına səbəb olub:
“Görünür bu təklif dünya ermənilərinin iştahına uyğun gəlməyib. Yenə də erməni xisləti özünü göstərib. Ağ Evin 2023-cü il üçün təklifində Qarabağda minalardan təmizləmə və ya digər humanitar layihələrə pul ayrılması planlaşdırılmayıb. Bu da yenə də Azərbaycana qarşı tətbiq edilən ikili standartlardan xəbər verir. Qeyd etməliyəm ki, Ağ Ev 2022-ci ildə Azərbaycana minaların təmizlənməsinə 2 milyon dollar ayırmışdı. Amma Azərbaycanın mina problemi hələ həll olunmayıb. Çünki ermənilər işğal dövründə Qarabağın hər yerini minalarla çirkləndiriblər. Erməni lobbisi həmçinin Prezident Baydenin ABŞ-dan 2023-cü maliyyə ili üçün Azərbaycana 9,7 milyon dollara yaxın yardım istəməsindən narazıdırlar. Bura Azərbaycanın ABŞ Müdafiə Nazirliyindən 333-cü bölmə (potensialın gücləndirilməsi) çərçivəsində aldığı əlavə vəsaitlər daxil deyil. Hökumət Hesabatlılığı İdarəsinin (GAO) mart ayında açıqladığı hesabata əsasən, Azərbaycan 333-cü Bölmə çərçivəsində ABŞ-dan 164 milyon dollardan çox yardım alıb”
E. Nəsirov qeyd edib ki, ANCA artıq Ağ Evə və Konqresə “2020-ci ildə regiondan qaçan 100 mindən çox erməninin məskunlaşmasına” kömək məqsədilə Qarabağ ermənilərinə 50 milyon dollar yardım üçün müraciət edib:
“ANCA ya Qarabağın hazırda boş olduğunu etiraf edir, ya da “ölü canlar” üzərindən ayrılan vəsaiti mənimsəməyə çalışır. Ancaq ABŞ Administrasiyası bu addımı ilə erməni lobbisini məyus edib”.