Kremlin sözçüsü Dmitri Peskov bir aydan çoxdur davam edən müharibə ilə bağlı açıqlamalar verib.
Medianews.az xəbər verir ki, Ukrayna və Rusiya müzakirəçilərinin bu gün İstanbuldakı görüşündən əvvəl ABŞ mətbuatına açıqlama verən Peskov, bir müddətdir gündəmdə olan “Rusiyanın nüvə silahından istifadə etməsi” ehtimalından da danışıb.
“Bizim çox aydın təhlükəsizlik konsepsiyamız var. Ölkəmizin varlığına təhlükə yaranarsa, nüvə silahından istifadə edəcəyik.
Moskvada heç kimin nüvə silahından istifadə etmək ağlına da gəlməyib. Şübhəmiz yoxdur ki, Ukraynadakı xüsusi hərbi əməliyyatımız məqsədlərinə çatacaq.
Təbii ki, bu əməliyyatın hər hansı nəticəsi nüvə silahından istifadə üçün əsas yaratmır”, – deyə o bildirib.
Leyla
Medianews.az