Cümə axşamı, 30 İyun 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azərbaycan XİN Ermənistanın iftira xarakterli bəyanatını rədd edir

XƏYALƏ
28/03/2022 19:19
A A
0
BAXIŞ
FacebookTwitterTelegram

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan XİN-in Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı 28 mart 2022-ci il tarixli əsassız bəyanatına dair şərh verib.

Medianews xəbər verir ki, şərhdə deyilir:

“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı tamamilə həqiqətdən uzaq və iftira xarakterli bəyanatını qətiyyətlə rədd edirik.

İlk növbədə, Ermənistan tərəfinə bir daha xatırladırıq ki, Azərbaycanın suveren əraziləri ilə bağlı edilən şərhlər bu ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir və beynəlxalq hüquq pozuntusudur. 30 ilə yaxın güc tətbiq etməklə, Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayan, bir milyondan çox Azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq öz evlərində yaşamaq hüququndan məhrum edən Ermənistan, görünür beynəlxalq hüquq pozuntusunu bir vərdiş halına gətirib.

Azərbaycanı 2020-ci ilin 9/10 noyabr tarixli üçtərəfli bəyanatı yerinə yetirməməkdə ittiham edən Ermənistan, münaqişənin bitməsi ilə bölgədə yaranan əməkdaşlıq imkanlarına rəğmən, imzalanmış birgə bəyanatın müddəalarını pozmaqla iki ölkə arasında normallaşma prosesinə zərbə vuran tərəfdir.

Məhz Ermənistan post münaqişə mərhələsində Azərbaycana qarşı açıq ərazi iddialarını davam etdirir və bunu, o cümlədən XİN səviyyəsində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı verdiyi hər bir açıqlamasında gündəmə gətirir. Məhz Ermənistan, üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələrinin qalıqlarını hələ də bölgədən çıxarmır. Ermənistan, bəyanatın 6-cı maddəsini pozaraq, Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir. Bu fakt, beynəlxalq media tərəfindən də öz təsdiqini tapıb.

Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycanın tərəfinin tələbi ölkənin Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarına yox, məhz üçtərəfli bəyanatla nəzərdə tutulduğu kimi, qanunsuz erməni hərbi birləşmələrinin qalıqlarının bölgədən çıxarılmasına aiddir. Ermənistan XİN-in bu məsələni məqsədli şəkildə təhrif edərək “etnik təmizləmə” adı altında təqdim etməyə çalışması, Ermənistanın əsl niyyətini ifşa edir.

30 ilə yaxın Azərbaycanın Naxçıvan Muxtar Respublikasını qaz blokadasında saxlayan, Azərbaycanın Qarabağ bölgəsində ekosid və kultursid törədən və bu ərazilərə beynəlxalq missiyaların səfərlərinin qarşısını alan Ermənistan indi hansı əsaslarla beynəlxalq ictimaiyyətə çağırış edir?!

Saxta ittihamlarla beynəlxalq ictimaiyyətə yalan müraciətlər edən Ermənistan anlamalıdır ki, bölgədə sülh və sabitliyin təmin olunması yalnız üçtərəfli bəyanatın bütün müddəalarının qeyd-şərtsiz icrasından asılıdır. Ermənistanın birgə bəyanatın əksinə olan digər bütün addımları yalnız sülh quruculuğu prosesinə maneə olacaq.

O ki qaldı Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarına aid məsələlərə, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq açıqlamalarında ətraflı məlumat verilib”.

DAHA ÇOX OXU

1-MANŞET

Türkiyə Prezidenti: “Hava sərhədimizi pozan Yunanıstan cavab verməlidir”

30/06/2022
1-MANŞET

Türkiyə polisinin keçirdiyi “Dəmir Yumruq” əməliyyatında ələ keçirilənlər hər kəsi ŞOKA SALDI

30/06/2022
1-MANŞET

“Bəziləri qeyd edirlər ki, sürücü özünü müdafiə edib, lakin belə deyil…”-Hüquqşünasdan açıqlama

30/06/2022
1-MANŞET

Putindən gözlənilməz AÇIQLAMA: “Dialoqa hazırıq”

30/06/2022
export

Pakistan Senatının sədrindən Azərbaycanla bağlı mühüm AÇIQLAMA

30/06/2022
1-MANŞET

Hərbi hissədə ölən Fazil evin tək oğlu imiş… – FOTO

30/06/2022
SON XƏBƏR

Rusiya gəmiləri Qara dənizin qapalı ərazilərinə daxil olub

Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib

Flora Kərimova məhkəmədə Afət Fərmanqızını gözlədi, o isə gəlmədi - FOTO

Xəbər lenti

Türkiyə Prezidenti: “Hava sərhədimizi pozan Yunanıstan cavab verməlidir”

2022/06/30 18:55

73 illik həsrət

2022/06/30 18:47

Meşədə ağaca bağlı çılpaq halada tapdılar – Məşhur kino ulduzunun şübhəli ölümü

2022/06/30 17:35

Məşhur proqramı ilə tanınan 24 yaşlı gənc evində ölü tapıldı – FOTO

2022/06/30 17:24

Türkiyə polisinin keçirdiyi “Dəmir Yumruq” əməliyyatında ələ keçirilənlər hər kəsi ŞOKA SALDI

2022/06/30 17:13

“Bəziləri qeyd edirlər ki, sürücü özünü müdafiə edib, lakin belə deyil…”-Hüquqşünasdan açıqlama

2022/06/30 17:10

Bakıda əri ilə əlbir olub ögey anasını baltaladı və gölməçəyə atdı – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

2022/06/30 17:00

“Milyonların qüruruna görə buradayam”- Zaurun efirdən qovduğu müğənni danışdı

2022/06/30 16:51

Flora Kərimova Afət Fərmanqızıdan təzminat tələb edir

2022/06/30 16:48

Putindən gözlənilməz AÇIQLAMA: “Dialoqa hazırıq”

2022/06/30 16:41

Sürücülərin NƏZƏRİNƏ: Beş min manatadək cərimə oluna bilərsiniz

2022/06/30 16:39

Evlərə oğurluğa girməkdə şübhəli bilinən şəxs saxlanılıb: Oğlan xanım “həmkar”ını yarı yolda qoydu – VİDEO

2022/06/30 16:30

Bakıda çıxış edən Hande Yener səhnə geyimi ilə diqqət çəkdi – FOTO/VİDEO

2022/06/30 16:21

Pakistan Senatının sədrindən Azərbaycanla bağlı mühüm AÇIQLAMA

2022/06/30 16:12

Azərbaycanlı aktrisanın 6 000 AZN-lik geyimi – FOTO

2022/06/30 16:00

Qadını təpiklə vuran sürücü saxlanılıb? – Rəsmi açıqlama

2022/06/30 15:51

Hərbi hissədə ölən Fazil evin tək oğlu imiş… – FOTO

2022/06/30 15:42

Sumqayıt avtobusunda porno qalmaqalı – VİDEO

2022/06/30 15:33

“İrad bildirənlərin böyük əksəriyyətinin layihəsi doğrudan da bərbad gündədir” – PA-nın sektor müdiri

2022/06/30 15:31

Azərbaycanda hamilə qadın təcili yardım maşınında ÖLDÜ

2022/06/30 15:24

Balaxanı yolunda 3 maşın toqquşdu – VİDEO

2022/06/30 15:16

Məleykə Əsədovanın QIZININ MƏZUN GÜNÜNDƏN GÖRÜNTÜLƏR – FOTO

2022/06/30 15:05

“Axşam ikisi bir yerdə çıxacaq efirə ki, bu bir zarafat idi”-Prodüserdən sərt sözlər

2022/06/30 15:04

Sentyabrda bu sahələrdə qapanmalar ola bilər – AÇIQLAMA

2022/06/30 14:54

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.