Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinin döyüş meydanlarına yeni texnika atdıqlarından danışıb.
Bu barədə “Report” Zelenskinin videomüraciətinə istinadən xəbər verir.
“Ukraynalı kəndlilər yerə düşən Rusiya təyyarələrinin pilotlarını yalın əllərlə saxlayırlar. Ona görə ki, bizim fermerlər Rusiya texnikasını tarlalara aparır və silahlı qüvvələrimizə, o cümlədən Rusiya Federasiyasının məxfi saxlamağa cəhd etdiyi ən yeni modelləri verirlər”, – Zelenski deyib.