Türkiyənin məşhur müğənnisi Hadisə ötən gün verdiyi konsertdə nişan mərasimində çəkilmiş fotoları yayımlayıb.
BAKU.WS xəbər verir ki, sənətçi heç bir yerdə paylaşılmayan görüntüləri səhnədə ifa edən zaman sevənləri ilə bölüşüb.
Xatırladaq ki, Hadisə işçilər ilə gizlilik müqaviləsi imzalamışdı. Müqaviləyə əsasən, heç bir işçi sosial şəbəkədə bu özəl günlə bağlı heç bir şəkil paylaşmayacaq və ya məlumat sızdırmayacaq.
Qeyd edək ki, 36 yaşlı sənətçi iş adamı Mehmet Dinçerler ilə nişanlıdır.