Rusiyanın Ukraynaya qarşı başlatdığı işğal əməliyyatının ilk ayını tamamlamaq üzrədir.
Ölkənin müxtəlif şəhərlərində qarşıdurmalar bütün şiddəti ilə davam edir. Ukrayna xalqı isə işğala müqavimət göstərmək üçün ordu sıralarına qoşulur.
Medianews.az xəbər verir ki, Lvov şəhərindəki vağzalda cəbhəyə gedən ukraynalı qadınların hərbi sıxlığı diqqət çəkib.
Belə ki, Polşa sərhədinə yaxın Lvovda qatar stansiyasının qarşısına toplaşan çoxlu sayda insan cəbhəyə getməyə hazırlaşmağa başlayıb. Bölgədə əsgərlər arasında çoxlu sayda gənc qadın da görülüb. Özləri ilə ağır silahlar daşıyan əsgərlər yarım saat gözlədikdən sonra onlar üçün xüsusi hazırlanmış avtobuslara miniblər. Eyni zamanda Lvovdakı qatar stansiyasında qaçqınların da köçü davam edir.
Vağzal ətrafında qurulan çadırlarda münaqişələrin intensiv olduğu bölgələrdən təxliyə edilən insanlara yemək verilir, ehtiyacları ödənilir.
Medianews.az sözügedən vağzaldan fotoları təqdim edir:
Turan Oruc
Medianews.az