NATO və G7 toplantılarından sonra açıqlama verən İngiltərə Baş naziri Boris Conson Bayraktar TB2 PUA-larından danışıb.
Medianews.az xəbər verir ki, baş nazir bu PUA-larınn çox dəyərli olduğunu vurğulayıb.
İngiltərə baş naziri Boris Conson, mətbuat mənsublarının “Ərdoğanla görüşdünüz. Türkiyə və İngiltərə Ukraynanın yaxın dostudur. Ukraynaya daha çox silah verə biləcəyinizi söylədiniz, ancaq hava hücumundan müdafiəni qeyd etmədiniz. Verəcəyiniz silahlar hansılardır? “Ukraynaya üçün tam olaraq nə lazımdır?” suallarına belə cavab verib:
“Hazırda Türkiyənin Ukraynaya verdiyi dəstəkdə ən mühüm töhfələrdən biri Bayraktar TB2-dir ki, bu da məncə çox dəyərlidir. Əminəm ki, Böyük Britaniyanın da nə təmin etdiyini görmüsünüz. Məncə çox danışmağa ehtiyac yoxdur”.
ƏRDOĞAN-CONSON GÖRÜŞÜNDƏ NƏLƏR DANIŞILDI?
Baş nazirin ofisindən verilən açıqlamada NATO-nun Fövqəladə Liderlər Zirvəsi çərçivəsində Belçikanın paytaxtı Brüsseldə görüşən Conson və Ərdoğanın Ukraynada getdikcə amansızlaşan qarşıdurma ilə bağlı dərin narahatlıqlarını bölüşdükləri bildirilib.
Baş nazir Conson Türkiyənin güclü diplomatik rəhbərliyini və humanitar reaksiyasını alqışlayıb.
Liderlər özünü müdafiə etməyə çalışan Ukrayna hökumətinə dəstəyin artırılması yollarını, həmçinin Qara dəniz də daxil olmaqla yeni təhlükələr qarşısında regional təhlükəsizliyin gücləndirilməsini müzakirə ediblər.
Digər tərəfdən, Boris Consonun İngiltərə ilə Türkiyə arasında yenilənə bilən və nüvə enerjisi də daxil olmaqla daha çox ticarət və investisiya imkanlarına diqqət çəkdiyi və iki ölkə arasında əməkdaşlığın artırılmasını səbirsizliklə gözlədiyi qeyd edilib.
Turan Oruc
Medianews.az