ABŞ Dövlət Departamenti rus əsilli hakerlə bağlı açıqlama yayıb.
Medianews.az xəbər verir ki, Yevgeni Viktoroviç Qladkix haqqında məlumat verən hər kəsə 10 milyon dollara qədər mükafat veriləcəyi açıqlanıb.
ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada, “ABŞ Dövlət Departamenti Ədliyyə Mükafatı (RFJ) proqramı çərçivəsində Rusiya əsilli kompüter hakeri Evgeni Viktoroviç Qladkix haqqında məlumat verənləri mükafatlandıracaq”,- deyə qeyd olunur.
Daha sonra açıqlamada Qladkixin xarici qüvvələrin göstərişi və ya nəzarəti altında fəaliyyət göstərdiyini qeyd edilib: “Biz Qladkixin şəxsiyyəti və ya yeri ilə bağlı məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edirik. Qladkix ABŞ-ın kritik infrastrukturlarına qarşı kiber fəaliyyət də daxil olmaqla Kompüter Fırıldaqlığı və Sui-istifadə Aktının pozulmasına kömək edir və ya kimlərəsə kömək edir”.
Bildirilir ki, Qladkix 2017-ci ilin may-sentyabr ayları arasında Rusiya Müdafiə Nazirliyinin Kimya və Mexanika Mərkəzi Elmi Tədqiqat İnstitutunda kompüter proqramçısı olub, guya zərərli proqram quraşdırıb.
İddia edilib ki, həmin şəxs 2018-ci ildə ABŞ şirkətinə məxsus olan ölkədəki neftayırma zavodlarına iki dəfə daxil olmağa cəhd edib, lakin buna nail ola bilməyib.
Turan Oruc
Medianews.az