ABŞ-ın “Google” şirkəti istifadəçilərin Rusiyada “Google News” internet xidmətinin veb-saytına və tətbiqinə daxil ola bilməyəcəyini təsdiqləyib.
Medianews.az Trend-ə istinadən bildirir ki, bu barədə “Reuters” agentliyi xəbər verib.
“Təsdiq edirik ki, bəzi [istifadəçilər] Rusiyada “Google News” vebsaytına və tətbiqinə daxil olmaqda çətinlik çəkirlər, bu, bizim tərəfimizdən hər hansı texniki problemlə bağlı deyil”, – deyə şirkətdən bildiriblər.