Məşhur şair, ədəbiyyatşünas Vüqar Əhmədin ailəsində bayram bayrama qarışıb.
Milli.Az xəbər verir ki, şairin tanınmış xanəndə qızı Almaxanımın ötən gün paytaxtın məşhur məkanlarından birində nişan mərasimi gerçəkləşib.
Mərasimdə bir çox yerli məşhurlar iştirak ediblər.
Qeyd edək ki, Vüqar Əhməd müğənni İzzət Bağırovun bacısının həyat yoldaşıdır.