Cümə axşamı, 7 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Ağdam Sənaye Parkında işlər hansı mərhələdədir? – AÇIQLAMA

TURAN
24/03/2022 17:17
A A
0
BAXIŞ
FacebookTwitterTelegram

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev Ağdam Sənaye Parkında görülən işlərdən danışıb.

O, Oxu.Az-a açıqlamasında bildirib ki, Park Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılıb və 190 hektar ərazini əhatə edir:

“Sənaye Parkının əsas prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. İlk olaraq Parkın ərazisinin minalardan və hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılıb və artıq 190 hektar ərazinin 74 hektardan çoxu mina və hərbi sursatlardan təmizlənib, qalan ərazilərdə isə hazırda təmizləmə işləri aparılır.

Rezidentlər fəaliyyətə başlayanadək Sənaye Parkında bütün lazımi şərait yaradılacaq. İşçilərin rahatlığının təmin edilməsi məqsədilə artıq Sənaye Parkında mobil tipli şəhərcik salınıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb”.

O bildirib ki, Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb:

“Əraziyə 10 kV-luq elektrik xətti çəkilib və 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb. Belə ki, işğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb.

Sənaye Parkının işıqlandırılmasında Günəş enerjisindən qidalanan “Made in Azerbaijan” brendli panellərdən istifadə edilir.

Ağdam Sənaye Parkının 74 hektar ərazisində topoqrafik planlama və mühəndis-geoloji tədqiqat işləri yekunlaşdırılıb. Topoqrafik planlama zamanı Parkın ərazisində dağılmış tikililərin geometrik ölçüləri müəyyən edilib və ərazidən daşınması nəzərdə tutulan tullantıların həcmi dəqiqləşdirilib. Geoloji-tədqiqat işləri zamanı isə Parkın ərazisində süxurların tərkibi və litoloji təsviri, qruntun fiziki və mexaniki xüsusiyyətləri müəyyənləşdirilib”.

“Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq mebellərin (divan və kresloların), kanalizasiya və içməli su borularının istehsalı və s. təqdim olunan layihələr üzrə əsas fəaliyyət istiqamətləridir.

Artıq beş sahibkara Sənaye Parkının rezidenti statusu verilib. Bu beş rezident tərəfindən Sənaye Parkına 37 milyon manata yaxın investisiyanın yatırılması və 1000-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə E.Nuriyev əlavə edib.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin 2021-ci il 22 yanvar tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Agentlik ölkədə fəaliyyət göstərən altı sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), dörd sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın idarəedici təşkilatıdır. Bundan başqa, Agentliyin nəzdində Peşə Təhsili Mərkəzi də fəaliyyət göstərir.

DAHA ÇOX OXU

Cəmiyyət

Bahalı avtomobildə “Çəkil, yetim kasıb…” deyən Samid Bağırov vəfat ETDİ

07/07/2022
1-MANŞET

Yaşlı azərbaycanlı Ukraynada kimsəsiz qaldı: Vətənə qayıtmaq istəyən Məmməd yaxınlarına səsləndi – VİDEO

07/07/2022
export

Şəhid qardaşı şöbədə döyülüb? – DİN-dən açıqlama

07/07/2022
1-MANŞET

” … Berlinə qədər irəliləyəcəyik” – Kadırovun “sağ əli”ndən ŞOK AÇIQLAMALAR (VİDEO)

07/07/2022
export

Ailəsini qətl edən gənc sonda özünü güllələyib – Yazdığı mesajlar üzə çıxdı …

07/07/2022
Dünya

Ukraynada könüllü döyüşən braziliyalı model ruslar tərəfindən öldürüldü – FOTO

07/07/2022
SON XƏBƏR

Gürcüstan Rusiya ununu Azərbaycandan idxal edəcək

Brüsseldə Baydenə hücum edildi

Putinin hakimiyyətdən çəkilməsi müzakirə edilir: Kreml Rusiyanı parçalanmadan xilas etməyə çalışır

Xəbər lenti

İmtahandan keçmək üçün “dua” yazdırıb 5500 manat verdi

2022/07/07 12:12

UNİCEF: “Azərbaycan məktəblərinin yeməkxanalarında uşaqlara şəkər tərkibli içkilər satılır”

2022/07/07 11:55

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin müddətinin uzadılması ölkəmizə olan etimadın yüksək dəyərləndirilməsidir – Sevinc Hüseynova

2022/07/07 11:42

Şəkidə “Şəhər günü” keçirilib

2022/07/07 11:35

Ceyhun Bayramov: “Postmünaqişə dövrü region üçün geniş imkanlar yaradır”

2022/07/07 10:53

Baş nazir onu istefaya çağıran naziri işdən çıxardı

2022/07/07 10:44

Konfrans Liqası: Bu gün 26 oyun keçiriləcək

2022/07/07 10:01

Futbol dünyasını çalxalayan transfer: Ronaldonun yeni klubunun adı açıqlandı

2022/07/07 09:58

Neft kəskin ucuzlaşdı

2022/07/07 09:34

Yoluxma kəskin artdı: 30 faiz insan…

2022/07/07 09:29

Ukrayna Baş Qərargahı: “Rusiyanın təxribat-kəşfiyyat qrupu darmadağın edilib”

2022/07/07 09:27

Azərbaycan velosipedçisi ilk dəfə dünya reytinq cədvəlinə düşüb

2022/07/07 09:25

“Parklamadan gəl pul büdcəyə yox, ciblərə gedir”

2022/07/07 09:22

Afşin Azəri Zaurla klip çəkdirdi – VİDEO

2022/07/07 09:21

Bahalı avtomobildə “Çəkil, yetim kasıb…” deyən Samid Bağırov vəfat ETDİ

2022/07/07 02:17

Yaşlı azərbaycanlı Ukraynada kimsəsiz qaldı: Vətənə qayıtmaq istəyən Məmməd yaxınlarına səsləndi – VİDEO

2022/07/07 02:09

İordaniya şahzadəsi ərə gedir

2022/07/07 02:00

Şəhid qardaşı şöbədə döyülüb? – DİN-dən açıqlama

2022/07/07 01:40

” … Berlinə qədər irəliləyəcəyik” – Kadırovun “sağ əli”ndən ŞOK AÇIQLAMALAR (VİDEO)

2022/07/07 01:29

Ailəsini qətl edən gənc sonda özünü güllələyib – Yazdığı mesajlar üzə çıxdı …

2022/07/07 01:20

Ukraynada könüllü döyüşən braziliyalı model ruslar tərəfindən öldürüldü – FOTO

2022/07/07 01:08

İranda britaniyalı diplomat casusluq ittihamı ilə saxlanılıb – FOTO

2022/07/06 23:59

Tahir Əmiraslanov kitablarını yandırdı: “Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki?” – VİDEO

2022/07/06 23:09

Azərbaycanda 21 yaşlı qız zorlandı

2022/07/06 21:50

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.