Ukrayna ilə danışıqlar ağır irəliləyir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı deyib.
O bildirib ki, Rusiya Qərb ölkələrinin Ukrayna ilə danışıqlarda vasitəçiliyinə qarşı deyil.
“Amma Moskvanın dəqiq vurğulanan qırmızı xətləri mövcuddur. Qərb Rusiyanı maksimum uzun müddət döyüş əməliyyatları vəziyyətində saxlamağa ümid edir”, – nazir vurğulayıb.