Tanınmış ukraynalı iş adamı və siyasətçi, 52 yaşlı keçmiş deputat İqor Kotvitskinin cazibədar həyat yoldaşının sərhədi keçərkən on milyonlarla funt-sterlinq pulla yaxalandığı iddia edilir.
Medianews.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Macarıstan sərhədini keçməyə çalışan gənc qadın gömrükdə külli miqdarda ABŞ dolları və avro aparırmış.
Mediada yayılan təəccüblü bir fotoşəkil də şübhəli pul axınındakı şok edici məbləği göstərir. Kiyev mətbuatının xəbərinə görə, mövzu ilə bağlı cinayət işi açılıb.
Bir vaxtlar Ukraynanın ən zəngin deputatı olan Kotvitsky həyat yoldaşının uşaq dünyaya gətirmək üçün ölkəni tərk etdiyini desə də, 28 milyon dollar və 1,3 milyon avro daşıdığına dair xəbərləri təkzib edib. O, sosial media hesabını bağlamazdan əvvəl “Bütün pullarım Ukrayna banklarındadır, heç nə götürməmişəm”, – deyə qeyd edib.
Onun 24 yaşlı qızı Violetta da sosial media hesabından verdiyi açıqlamada hadisənin “saxta və şayiə” olduğunu bildirib.
Anastasiya Kotvitska isə sərhəddəki insidentlə bağlı açıqlama verməyib.
“Obozrevatel” qəzetinin yazdığına görə, Macarıstan gömrükçülərinin “Vilok” keçid məntəqəsində müşahidə etdikləri külli miqdarda nağd pulun tam sayı açıqlanmayıb.Məbləğin təxmini olaraq 22 milyon funt-sterlinqdən çox olduğu qeyd olunub.
Turan Oruc
Medianews.az