Ukrayna qüvvələri Kiyevin təxminən 50 kilometr qərbində yerləşən Makarov şəhər tipli qəsəbəsinə nəzarəti geri qaytarıb.
APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında qeyd olunub. Bildirilib ki, Rusiya hərbçilərinin geri çəkildiyi şəhər üzərində Ukrayna bayrağı dalğalandırılıb.