Çərşənbə, 6 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Rusiyanın Polşaya da hücum etməyə gücü qalıbmı? – Ekspertdən III Dünya müharibəsi ilə bağlı PROQNOZLAR

TURAN
22/03/2022 16:38
A A
0
BAXIŞ
FacebookTwitterTelegram

Son günlər sosial mediada və bir çox KİV-lərdə Rusiyanın Polşaya da hücum edəcəyi barədə xəbərlər yayılır. Bununla bağlı bunu Ukraynanın Polşadakı səfiri Andrey Deşitsa da açıqlama verib. O bildirib ki, Polşa hökuməti artıq Rusiyadan mümkün təcavüzə hazırlaşır. Bundan əlavə ABŞ prezidenti Co Bayden də bu həftə Brüsseldə baş tutacaq sammitdə NATO liderləri ilə Rusiya-Ukrayna müharibəsini müzakirə etdikdən sonra Polşaya səfər edəcək.

Polşanın Rusiyadan hücum gözləməsi nədən xəbər verir? Rusiyanın Polşaya da hücum etməsi nə qədər realdır?

ABŞ liderinin Avropaya səfərinin Rusiya-Ukrayna müharibəsinə nə kimi təsirləri ola bilər?

Medianews.az saytının suallarını cavablandıran siyasi şərhçi, ekspert Elçin Xalidbəyli bunları deyib:

“Rusiyanın Ukrayna savaşında vəziyyəti ağırlaşdıqca, ABŞ və Qərb Kremlin daha aqressiv, radikal addımlar ata biləcəyindən narahatlıq keçirir. Hazırda əsas narahatlıq Rusiyanın Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcək addımlar atacağı ilə bağlıdır. Hesab olunur ki, Kreml Ukrayna savaşını qlobal müharibəyə çevirməyə çalışa da bilər. Rusiyanın bu məqsədlə Avropa ölkələrinə hücum edə biləcəyi hazırda əsas ehtimallar sırasında yer alır. Və ilk əsas hədəfin Polşa ola biləcəyi proqnozlaşdırılır.

Son vaxtlar Kremlin qlobal savaşa yol aça biləcək addımlarla bağlı hazırlıq içərisində olduğunun ilkin əlamətləri də mövcuddur. Belə ki, Rusiya prezidenti Vladimir Putinin Belarus lideri Aleksandr Lukaşenkoya Belarus ordusunun da Ukraynanın işğal prosesinə qatılması üçün təzyiq göstərdiyi müşahidə olunur. Halbuki, Belarus prezidenti onu da anlayır ki, bu addım onun ölkəsini uçuruma apara bilər.

Kreml əslində, Belarusu müəyyən mənada, Ukrayna savaşına bulaşdıra bilib. Çünki Rusiya Ukraynaya qarşı işğal əməliyyatlarında Belarusun ərazisindən istifadə edir. Ancaq indi Kreml sahibi Belarus ordusunun bu savaşda birbaşa iştirakını da istəyir.

Ukrayna kəşfiyyatı Belarus ordusunda olan əhval-ruhiyyə barədə də məlumat yayıb. İddialara görə, Belarus hərbçilərinin mütləq əksəriyyəti Ukraynaya qarşı vuruşmaq istəmirlər. Ona görə də, Belarus ordusunun Ukrayna sərhədlərini keçməsindən Rusiyanın effektiv hərbi nəticə əldə edə biləcəyi o qədər də inandırıcı görünmür. Halbuki belə bir addımın siyasi nəticələrinin ola biləcəyi isə qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Belarus ordusunun Ukraynaya daxil olduğu andan etibarən üçüncü dünya savaşından danışmaq o qədər də məntiqsiz görünməyəcək. Belə bir situasiya Rusiyanın bütün dünyanı qlobal savaş ilə şantaj etməsi baxımından, effektiv ola bilər. Hər halda, savaşın Ukrayna sərhədlərindən kənara sıçrama ehtimalının Qərb dövlətlərində ciddi narahatlıq yaratdığı şübhə doğurmur.

E.Xalidbəyli daha sonra bildirib ki, Polşanın Rusiyanın hücum edə biləcəyindən ehtiyat etməsi üçün kifayət qədər ciddi əsaslar mövcuddur:

“”Active Group” şirkətinin mart ayında keçirdiyi sorğunun nəticələri Rusiya əhalisinin üçüncü dünya müharibəsinə qətiyyən qarşı çıxmadığını düşünməyə də əsas verir. Belə ki, rəyi soruşulanların 87 faizinin Rusiya ordusunun Avropa Birliyi ölkələrinə hücum etməsi ilə bağlı ideyanı dəstəkləyib. Rusiya əhalisi arasında xüsusilə də, Polşa, Estoniya, Latviya, Litva, Bolqarıstan, Çexiya və Slovakiya kimi ölkələrə hücum edilməsi fikri daha populyardır.
Göründüyü kimi, Rusiyanın Belarusu savaşa bulaşdırmaq cəhdi ilə yanaşı, Şərqi Avropa ölkələrini, xüsusilə də, Polşanı təhdid etməyə başladığı nəzərə çarpır. Polşa hazırda Ukraynaya xüsusi həvəslə yardım göstərən, Rusiyaya qarşı beynəlxalq məkanda ən fəal mövqe tutan ölkələrdəndir. Bu səbəbdən də, Rusiyanın Avropa ölkələrinə hücum edəcəyi təqdirdə, Polşanın ilk hədəfə çevriləcəyi qətiyyən istisna deyil. Rusiya Polşaya qəzəblidir və bu ölkəni cəzalandırmaq niyyətindən o qədər də uzaq görünmür. Yəni, Polşanın Rusiyanın hücum edə biləcəyindən ehtiyat etməsi üçün kifayət qədər ciddi əsaslar mövcuddur.

Ancaq Kremlin belə bir addım atması Üçüncü Dünya Müharibəsinə qərar verəcəyi təqdirdə, mümkün ola bilər. Çünki Polşa NATO ölkəsidir. Polşaya hücum birmənalı şəkildə NATO ilə müharibəyə başlamaq anlamı daşıyır. Ona görə də, böyük ehtimalla Kreml NATO ilə Rusiyanın müharibə imkanlarını daha diqqətlə hesablamaq məcburiyyətində də qalacaq. Bu baxımdan, Polşaya hücumun olub-olmayacağı Rusiyanın NATO ilə savaşa risk edib-etməyəcəyindən də asılıdır. Çünki Ukraynadan fərqli olaraq, NATO Polşanı birbaşa müdafiə etməyə borcludur.

Təbii ki, ABŞ və Qərb də Polşanın Rusiya qarşısında qətiyyən tək buraxılmayacağının açıq mesajlarını verməyə başlayıb. ABŞ prezidenti Co Baydenin Polşaya gözlənilən səfəri də belə mesajlar sırasına daxildir. ABŞ prezidenti Avropaya bu səfəri çərçivəsində həm Rusiyaya qarşı Ukrayna ətrafında beynəlxalq koalisiyanı daha da gücləndirmək niyyəti güdür. Həm də Kremlə ABŞ və NATO-nun Polşa uğrunda Rusiya ilə müharibəyə hazır olduğunu anlatmağa çalışır.

Belə anlaşılır ki, hazırda Üçüncü Dünya Müharibəsinin başlanması məhz Kremlin verəcəyi qərardan birbaşa asılıdır. Əgər, Rusiya Polşaya və yaxud hər hansı Avropa ölkəsinə hücum edərsə, bu qaçılmaz xarakter daşıya bilər. Və bu baxımdan, Kremlin buna cəsarət edə biləcəyi hələlik o qədər də inandırıcı görünmür”.

Turan Oruc
Medianews.az

DAHA ÇOX OXU

export

Röya Ayxanın qardaşının toyundan yeni görüntülər – FOTO/VİDEO

06/07/2022
export

ARB-nin xanım əməkdaşı şantaj edilir: “Pul tələb edirlər” – FOTO

06/07/2022
export

Neft 380 dollar olarsa, nə baş verər?- “Təyyarələr, zavodlar, maşınlar…”

06/07/2022
Cəmiyyət

Nərimanov rayonunda məhəllə narkomanların yuvasına çevrilib, sakinlər narahatdır – VİDEO

06/07/2022
Cəmiyyət

Abituriyentlərin NƏZƏRİNƏ: İmtahanların vaxtı dəyişdi

05/07/2022
export

“Neçə gündür onun üçün ürəyim ağlayır” – Aybəniz Haşımova

05/07/2022
SON XƏBƏR

Doğum evini bombalamağı o əmr edib: Putinin Suriyanı da dağıdan sevimli generalı

Azərbaycanın tanınmış vəkilindən çağırış: Rus məhsullarından imtina edin

Azərbaycanda qəbiristanlıqda DƏHŞƏT! - Molla öldü

Xəbər lenti

Röya Ayxanın qardaşının toyundan yeni görüntülər – FOTO/VİDEO

2022/07/06 05:26

ARB-nin xanım əməkdaşı şantaj edilir: “Pul tələb edirlər” – FOTO

2022/07/06 00:44

Neft 380 dollar olarsa, nə baş verər?- “Təyyarələr, zavodlar, maşınlar…”

2022/07/06 00:27

Nərimanov rayonunda məhəllə narkomanların yuvasına çevrilib, sakinlər narahatdır – VİDEO

2022/07/06 00:11

Abituriyentlərin NƏZƏRİNƏ: İmtahanların vaxtı dəyişdi

2022/07/05 23:58

“Neçə gündür onun üçün ürəyim ağlayır” – Aybəniz Haşımova

2022/07/05 23:53

Qarabağdan taxılın daşınması dayandı – Erməniləri aclıq gözləyir

2022/07/05 23:47

Daha bir yüksək vəzifəli şəxs işdən azad ediləcək – Qərar VERİLDİ

2022/07/05 23:42

Roza Zərgərlinin övladlığa götürdüyü oğluna ev verildi – FOTO

2022/07/05 23:36

Qarabağda antiterror əməliyyatlarının ANONSU VERİLDİ – “RUS HƏRBÇİLƏR…”

2022/07/05 23:31

“Location”dakı partlayışda zərərçəkmiş 53 şəxsin TAM SİYAHISI

2022/07/05 23:25

“Bolt” sürücüsü qəpikləri müştərinin üzünə çırpdı – VİDEO

2022/07/05 23:23

Bir gündə Bakıda beş taksi qəza törətdi: Üçü “Prius”dur – FOTO

2022/07/05 23:16

Amerikanın ən gənc milyarderi oldu

2022/07/05 23:09

Rusiya və Özbəkistan prezidentləri arasında telefon danışığı oldu

2022/07/05 23:08

Britaniyanın maliyyə və səhiyyə nazirləri istefa veriblər

2022/07/05 23:05

Özünü 12-ci İmam Mehdi kimi təqdim edən Aqil Babayevin istintaqı başa çatdı

2022/07/05 22:58

Müstəqillik Günündə ABŞ-ı qana bulayan 22 yaşlı gənc TUTULDU – FOTO

2022/07/05 20:55

Ukrayna bayrağı rəngində geyimləri ilə gündəm olan rus kosmonavtlardan YENİ XƏBƏR (FOTOLAR)

2022/07/05 20:47

Boynunu sındıraraq öldürdüyü həyat yoldaşının dəfnində yalandan ağladı – 18 illik həbs cəzası aldı

2022/07/05 20:41

Rusiyada daha bir milyarderin şübhəli ölümü – Başından güllələnmiş halda tapıldı

2022/07/05 20:32

Metroya balta ilə girən şəxs saxlanıldı – Cinayət işi başladıldı

2022/07/05 20:26

2 gənc qız onlara söz atan şəxsi belə döydülər – ANBAAN VİDEO

2022/07/05 20:08

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydasına dəyişiklik edilir

2022/07/05 20:02

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.