Rusiyanın Ukraynaya hücumundan sonra bütün dünyanın gözü bu bölgədədir.
Müharibənin 27-ci günündə bölgədən dinc əhalinin ölüm xəbərləri gəlməkdə davam edir. Artıq Ukraynadan başqa ölkələrə sıx bir köç hərəkatı başlayıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, belə bir zamanda sosial mediada ortaya çıxan görüntülər gündəmi yaradıb.
Müharibə başlayandan sonra ölkələrinə qayıda bilməyən rus və ukraynalı modellərin Kiprdə iş adamı Vitali Qreçinin yaxtasında qapalı vəziyyətdə qalması gündəm yaradıb. Müharibədən bir qədər əvvəl ukraynalı iş adamı Vitali Qreçin rus və ukraynalı modellərlə öz yaxtasında istirahət etmək qərarına gəlib. Kiprdə tətildə olarkən iki ölkənin müharibəyə başlaması iş adamlarına da təsir edib. Rusiya və Ukrayna modelləri ilə qayığında ilişib qaldığını bildirən Qreçin acınacaqlı vəziyyətdə olduğunu bildirib.
Ötən yay Dubay tətilindən paylaşımları ilə sosial medianın mövzusu olan Qreçin öz ölkəsində müharibə başlayanda 18-23 yaş arası rus və ukraynalı modellərlə birlikdə 42 yaşını qeyd edirdi. Müharibə xəbərini eşidəndə dərin ümidsizlik içində olduğunu ifadə edən Qreçin, “Münaqişə zamanı hər iki tərəfdən dostlarını və ailələrini itirənlər oldu. Hər iki ölkənin uçuşları ləğv etməsi qərarına görə evə qayıda bilmədik”, – deyə bildirib.
Gəmisində qadınları qorumağın özü üçün vacib olduğunu bildirən Qreçin, “Həqiqətən çətindir. Biz bir ölkənin dağıldığını, insanların həyatının alındığını, gələcəyinin məhv edildiyini görürük. Demək olar ki, hamısı tanışları vəfat etdiyi üçün ağlayırlar. Onları döyüş meydanından kənarda saxlamaq artqı mənim missiyamdır ”, deyə iş adamı qeyd edib.
Turan Oruc
Medianews.az