Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Vladimir Zelenskiyə və ailəsinə Böyük Britaniyadan sığınacaq istəməyi təklif etdiyini, lakin Zelenskinin bu təklifi rədd etdiyini bildirib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu cavabından sonra Zelenskini tərifləyən Boris Conson, “Ona heyran olduğumu deməliyəm”,- deyə açıqlama verib.
Təklifin nə vaxt edildiyini bildriməyən Conson “Zelenski həmişə xalqını sevən bir lider olub, onun Ukrayna xalqı qarşısında borcu var, o, orada qalacaq, onların qayğısına çəkəcək. Məhz buna görə də mən onun liderliyinə heyranam”.
Boris Conson həmçinin Zelenskini “xalqını bir araya gətirmək” və “dünyanı hərəkətə gətirmək” yolunda “qəhrəman müharibə lideri” kimi təsvir edib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden də Rusiyanın hücumları başlayandan sonra Zelenskini Kiyevdən təxliyə etməyi təklif edib və Zelenski “Mənə qaçmaq yox, sursat lazımdır” cavabını verib.
Medianews.az