Türkiyədə Bələdiyyə sədri iş otağında güllələnib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Kastamonu şəhərində baş verib.
Belə ki, Daday Bələdiyyə Başçısı Həsən Fehmi Taş iş otağında silahlı hücuma məruz qalıb. Hadisə zamanı Bələdiyyə Başçısı sağ-salamat xilas olarkən, 3 işçi də yaralanıb.
Cinayətkarın əlində silahla ofisə girməsi və zərərsizləşdirildiyi anların təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb. Hadisəni Türkiyə Məşğulluq Təşkilatı vasitəsi ilə Daday Bələdiyyəsində 6 ay fəhlə işləyən və 2 ay əvvəl səlahiyyət müddəti bitdikdən sonra işdən çıxarılan Emre adlı şəxs törədib. Dəhlizdə işçilərə atəş açan Emre D. daha sonra Bələdiyyə sədri Həsən Fehmi Taşın otağına yollanıb. Ofis otağının qapısını açan Emre D-nin içəri girməsinə oradakı məmurlar əngəl olub.
Emre adlı şəxs onun arcasınca qaçaraq gələn atası və oradakı məmurlar tərəfindən zərərsizlışdirilib. Dərha sonra hadisə yerinə polislər gəlib. Emre D polislər tərəfindən saxlanılaraq şöbəyə aparılıb. Emre D ilk ifadəsində hadisəni işdən çıxarıldığı üçün törətdiyini etiraf edib.
Turan Oruc
Medianews.az