Vilnüs lazım gələrsə, Ukraynadan olan qaçqınların bölüşdürülməsində Brüsseldən kömək istəməyə hazırdır.
Medianews TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Aİ ölkələrinin xarici işlər və müdafiə nazirlərinin görüşündən əvvəl bildirib.
“Biz Litvaya hər gün minlərlə insanın gəldiyini görürük. Hələlik bunun öhdəsindən gəlirik, lakin bu dayanmasa, şübhəsiz ki, Brüsseldən əhəmiyyətli yardıma ehtiyacımız olacaq”, – o deyib.