“Novruz sülh, yenilənmə, ümid və gələcək rəmzidir”.
Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili tvitter səhifəsində yazıb.
Dövlət başçısı hazırda çətin dövrün olduğunu qeyd edib: “Lakin biz ümidimizi itirməməliyik. Qoy bu gün bunu xatırlatsın. Gürcüstanda və bütün dünyada Novruz bayramını qeyd edənləri təbrik edirəm”.