Fransa Rusiya Mərkəzi Bankına aid 22 milyard avro (24 milyard dollar) dəyərində aktivləri tamamilə dondurub.
Medianews Trend-ə istinadən xəbər verir ki, bunu Fransa mətbuatına verdiyi açıqlamada İqtisadiyyat və Maliyyə naziri Bruno Le Maire deyib.
Bruno Le Maire, həmçinin, fiziki şəxslərin hesablarında olan 150 milyon avronu da dondurduqlarını qeyd edib.