Ermənistanın İstintaq Komitəsi 2020-ci ilin payızında Qarabağ müharibəsi zamanı ölən və itkin düşənlərlə bağlı yeni məlumatları açıqlayıb.
“Həlak olan hərbçilərin və mülki şəxslərin ümumi sayı 3822 nəfərdir”, – komitənin mətbuat xidmətinin açıqlamasında deyilir.
Martın 21-nə olan məlumata görə, 187 erməni hərbçisinin taleyi məlum deyil.
2022-ci il yanvarın 19-da Ermənistan İstintaq Komitəsi 3809 nəfərin öldüyünü bildirmişdi.