Sabahdan Rusiya ilə Azərbaycan arasında müntəzəm uçuşlar bərpa olunur.
Bu barədə Rusiyanın “Aeroflot” şirkəti məlumat yayıb.
Bildirilir ki, ilk Moskva-Bakı reysi yerli vaxtla saat 00:35- 04:50-də həyata keçiriləcək.
Qeyd edək ki, martın 5-də “Aeroflot” martın 8-dən Minskə uçuşlar istisna olmaqla, bütün xarici aviareyslərin yerinə yetirilməsini dayandırdığını elan etmişdi.