Rusiyanın başlatdığı müharibənin əvvəlindən bu günə qədər Kiyevdə dördü uşaq olmaqla 228 dinc sakin həlak olub.
Bu barədə Kiyev şəhərinin hərbi administrasiyasından bildirilib.
Qeyd olunub ki, sözügedən müddətdə 16-sı uşaq olmaqla 912 nəfər yaralanıb.