Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Bu barədə XİN rəhbəri tvitter səhifəsində paylaşım edib.
“Baharın müjdəçisi olan Novruz Azərbaycanımıza və xalqımıza sülh, əmin-amanlıq, tərəqqi və yeni uğurlar gətirsin. Novruz bayramımız mübarək!”, – paylaşımda deyilir.