Ağcabədidə yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.
Medianews.az APA-ya istinadən xəbər verir ki, rayonun Hindarx qəsəbəsində hərəkətdə olan Cəfər Allahverdiyevin idarə etdiyi “04 T 954” dövlət nömrə nişanlı traktor qarşıdan gələn BMW markalı “35 BX 876” dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.
Nəticədə BMW-nin sürücüsü Hindarx sakini Quliyev Sadiq Vahid oğlu və sərnişini rayon sakini Məmmədov Loğman İlqar oğlu hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.