Britaniyalı aktrisa Katrin Tayldsli ( Catherine Tyldesley ) şəxsi həyatı ilə bağlı etirafı ilə qalmaqal yaradıb.
Milli.Az haberler-ə istinadla bildirir ki, BBC-nin reytinqli seriallarından birinə çəkilən aktrisa ərinin ekran işindəki erotik səhnələrə reaksiyasından danışıb.
Onun dediyinə görə həyat yoldaşı onun bütün intim səhnələrini izləyib, hətta, aktrisanın tərəf müqabillərindən kömək də alıb.
“Əvvəlki münasibtlərim yataq səhnələrimə görə bitirdi. Lakin, Tom ( həyat yoldaşı ) elə deyil. O, bütün səhnələrimi izləyir. Həmin səhnələrdən sonra yataqda necə görünməyim barədə onun fikirlərini alıram”, – söyləyib.
Qeyd edək ki, hazırda aktrisa ikinci övladına hamilədir.