Ukrayna prezidenti Volodimir Zelenski gecə saatlarında küçəyə çıxaraq buradan Ukrayna xalqına müraciət edib.
Zelenski deyib:
“Rusiyanın öz səhvləri ucbatından dəyən zərərləri azaltmaq üçün yeganə şansı Ukrayna üçün sülh və təhlükəsizlik danışıqlarına getməsidir. Görüşmək, danışmaq vaxtıdır. Ukraynanın ərazi bütövlüyünü və ədaləti bərpa etməyin vaxtıdır. Əks halda Rusiyanın itkiləri elə olacaq ki, bir neçə nəsil ölkəni inkişaf etdirməyə insan belə qalmayacaq”.