Ukrayna Silahlı Qüvvələri düşmənin işğal etdiyi ərazilərdəki qoşunlarına zərbə endirib. Ukraynanın zenit-raket qoşunları və aviasiyasının qırıcıları Rusiyanın 12 hava hədəfini – 2 qırıcı, 3 helikopter, 3 PUA və 4 qanadlı raketini məhv edib”.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Mikolayevsk və Sumıl vilayətlərində rusların bir neçə texnika karvanını məhv edib.
“Düşmənin itkiləri dəqiqləşdirilir” – məlumatda deyilir.