Fotoqraf Katerina Kryuçkova Ukrayna-Rusiya müharibəsində iştirak edən ukraynalı qadınların hekayəsindən bəhs edən layihə ilə çıxış edib.

Əvvəllər airsoft oynayırdım, ona görə də silahlardan təhlükəsiz istifadə edə bilirdim. İndi biz döyüşürük. Ukraynalı olduğum üçün çox fəxr edirəm. Damarlarımda cəsur və azadlıqsevər xalqın qanı axır”.
Anya
İxtisasca hərbi hüquqşünasdır. 2018-2021-ci illərdə hərbi xidmətdə olub. Ədliyyə baş leytenantı rütbəsi alan Anya, 2021-ci ilin sonunda istefa verərək Avropaya gedib. Müharibə başlayanda isə dərhal Ukraynaya qayıdıb:
“Hesab edirəm ki, hər kəs öz işi ilə məşğul olmalı, öz yerində olmalıdır. Hazırda Ərazi Müdafiə Batalyonunun qərargahında işləyirəm və hüquqi biliklərimi burada istifadə edirəm. Qəhrəmanlıq iş olduğunu düşünmürəm, çünki mən avtomatla cəbhədə deyiləm. Amma biz bütün sənədlərlə işləyirik və ordunu tərtib edirik. Müharibə müharibədir. Beləliklə, döyüşçülər döyüşərkən, biz arxa cəbhəni təmin edirik”.


İxtisasca hüquqşünas olan Oksana, Ukrayna xalq deputatının köməkçisidir. Eyni zamanda siyasi partiyanın hüquqşunası olan qadın, indi Kiyevin ərazi müdafiəsi qərargahında çalışır. Çox vaxt anbarda kömək edir, amma silah götürməyə hər an hazır olduğunu bildirir:
“Mənim bütün ailəm indi dövləti müdafiə edir. Qardaşım Ukrayna Silahlı Qüvvələrinin zabitidir və Şərq Cəbhəsində Ukraynanı müdafiə edir. Atam doğulduğum Xmelnitski vilayətində döyüşür. Mən isə Kiyevdəyəm və ümumi qələbəmiz üçün əlimdən gələni edirəm! Mən bunu düzgün hesab edirəm və bu, mənim mənəvi borcumdur. Ukrayna sarsılmazdır, çünki onun xalqı sarsılmaz və cəsurdur”.

O, Ukrayna Silahlı Qüvvələrinin könüllüsü olmaqla yanaşı, hücum qoşunlarının təlim mərkəzinin təlimatçısıdır. Balaca Zoryanın anası olan Marusya, Ukrayna Prezidenti tərəfindən “Antiterror əməliyyatında humanitar iştiraka görə” və Ukraynanın Xalq Qəhrəmanı ordeni ilə təltif edilib.

“O, ölkəsini müdafiə etməyə və Ukraynaya zərər vermək istəyən hər kəsi parçalamağa hazırdır. Ancaq Marusya gülümsədikdə sakitləşirsən və narahatlıq yox olur. Bu, ukraynalı qadınların bacardığı əsl sehrdir”.