Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna ilə təmaslarda irəliləyişin olduğunu bildirib.
TASS-a istinadən xəbər veririk ki, o, bu barədə brifinqdə deyib.
“Danışıqların mahiyyəti açıqlanmadan nəyin müsbət, nəyin mənfi olduğunu demək olmaz. Amma müzakirələrin davam etməsi özü irəliləyişin təzahürüdür”, – o deyib.