“Müharibə mövzusunda son dərəcə prinsipial mövqedən çıxış edirik. Doğruya doğru, yanlışa yanlış, qaraya qara, ağa da ağ deyirik”.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 17-də Ukraynanın Lvov şəhərində bu ölkənin xarici işlər naziri Dmitro Kuleba ilə keçirdiyi görüşdən sonra deyib.
“Bayraktar” zərbə PUA-larını Ukrayna Türkiyədəki şirkətdən alır. Türkiyə olaraq bu çətin zamanlarda Ukraynanın yanında olduq və yanında olmağa davam edəcəyik”, – nazir qeyd edib.