Çərşənbə, 6 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azərbaycanlı tələbənin UĞUR YOLU – Eynşteynin oxuduğu universitetdə təhsil alacaq

XƏYALƏ
17/03/2022 14:48
A A
0
BAXIŞ
FacebookTwitterTelegram

 

Azərbaycanlı tələbə dünyanın ən yaxşı universitetləri siyahısında 7-ci yerdə olan ETH Zurich (Zürix Federal Texnologiya Universiteti) universitetində təhsil alacaq.

Orta təhsilini Bakıda – Məktəb Lisey Kompleksində alan Rüfət Əsədli Qurbanəli oğlu bu məktəbi 2019-cu ildə Fərqlənmə diplomu ilə bitirib. Respublika Fənn Olimpiadalarında da yüksək mərhələlərə kimi aktiv iştirak edib.
Eyni ildə Çexiyanın paytaxtı Praqada yerləşən Çarls universitetinə İqtisadiyyat və Maliyyə ixtisası üzrə qəbul olub. Universitetdəki ilk ilin sonunda orta qiymətlərinə görə 5000 nəfərlik fakültədə ən yaxşı 10%-ə daxil olub. İkinci ilin sonunda isə 5000 nəfərin arasında ilk 1%-də yer alıb.

Saytımıza açıqlamasında Rüfət Əsədli bildirib ki, bu illərdə məktəb və universitet dərslərindən əlavə rəsm və rəqslə də məşğul olub. Rəsm sahəsində Belorusiya (Minsk) və Amerikaya (Vaşinqton, Prezident Parkı) rəsm festivallarına və olimpiadalarına dəvət alıb, yer tutub. Daha sonra isə Gənclərin Beynəlxalq İncəsənət Fondu tərəfindən Afrikaya dəvət olunan dünyada 20 ən yaxşı gənc rəssamdan biri olub. Eyni zamanda Lüksemburq, Hollandiya və Belçikaya da dəvət alıb. Rəqs sahəsində isə 10-dan çox bal rəqsləri üzrə ölkədaxili yarışlarda iştirak edib.

R. Əsədli bildirib ki, universitetin ikinci ilində Paşa Sığorta ASC-də 5 ay müddətinə təcrübə proqramı keçib. 5 aylıq müddətin son dövrlərini şirkətin rəsmi əməkdaş kimi başa vurub.

O, növbəti və daha böyük uğuru barəsində aşağıdakıları bildirib:

“Universitetin son ilində isə artıq magistr təhsilimi almaq üçün universitetlərin sənəd qəbulu prosesinə mən də başladım. Belə ki, mənim üçün də prioritet olan ETH Zurich (Zürix Federal Texnologiya Universiteti) universitetinə sənəd göndərdim. Bu universitet Nobel mükafatçıları (A. Eynşteyn və s.) yetişdirməklə yanaşı, dünya sıralamasında da 7-ci yerdədir. Artıq bir neçə həftə əvvəl cavablar açıqlandı və mən Statistika və Data Elmləri sahəsində bu universitetə qəbul aldım. Zürixdə keçirəcəyim bu müddətdə uçan aparatların, xüsusilə dronların, süni intellekt tərəfindən neyron şəbəkələrinin köməyi ilə aşkar olunması sahəsinə fokuslanacağam və tezisim də eyni adlı konseptlə bağlı olacaq.”

Rüfət deyir ki, onun əsas məqsədi və arzusu ölkəmizdə də rəğbət görən PUA-lar üzrə ixtisaslaşmaqdır: “Bu idea barədə daha əvvəl də düşünməyimə baxmayaraq, artıq bu sahəni özümə araşdırma mövzusu kimi seçməyimdə Vətən Müharibəsinin də öz rolu olmuşdur. Başda Səlcuq Bayraktarın memarı olduğu məşhur “Bayraktar TB-2” PUA-ları hərb doktrinasında yeni bir səhifə açmışdı və başlıca olaraq bizim şanlı qələbəmizdə misilsiz rol oynamışdı. Lakin, məni ən çox heyrətləndirən texnologiyanın bu həddə çata biləcəyi və bir millətə hansı səviyyədə kömək edə biləcəyi gerçəyi oldu. Məhz buna görə də mən də texnologiyanın, xüsusilə PUA-ların və müdafiə sistemlərinin potensialını daha dərindən araşdırmağı arzulayır və planlayıram. Hətta çox istərdim ki, bu sahəni onun novator bilicisindən öyrənmək üçün yaxın gələcəkdə Səlcuq bəy və onun komandası ilə də əməkdaşlıq edim.” (Musavat.com)

Tags: Azərbaycanlı tələbə

DAHA ÇOX OXU

Cəmiyyət

Yol nəqliyyat hadisəsi protokolu belə tərtib ediləcək -YENİLİK

06/07/2022
Cəmiyyət

Nərimanov rayonunda məhəllə narkomanların yuvasına çevrilib, sakinlər narahatdır – VİDEO

06/07/2022
Cəmiyyət

Abituriyentlərin NƏZƏRİNƏ: İmtahanların vaxtı dəyişdi

05/07/2022
Cəmiyyət

Qarabağdan taxılın daşınması dayandı – Erməniləri aclıq gözləyir

05/07/2022
Cəmiyyət

Daha bir yüksək vəzifəli şəxs işdən azad ediləcək – Qərar VERİLDİ

05/07/2022
1-MANŞET

Qarabağda antiterror əməliyyatlarının ANONSU VERİLDİ – “RUS HƏRBÇİLƏR…”

05/07/2022
SON XƏBƏR

Bakıda bu yollar bağlanacaq

Alen Delon evtanaziya qərarı verib, oğlundan kömək istədi

Fəxrəddin Manafov FUTBOLLA məşğul OLACAQ

Xəbər lenti

Bakıda mənzildə partlayış zamanı qadın xəsarət alıb – FOTO

2022/07/06 07:35

Yol nəqliyyat hadisəsi protokolu belə tərtib ediləcək -YENİLİK

2022/07/06 07:26

Röya atası ilə birgə qardaşına xeyir-dua verdi -VİDEO

2022/07/06 07:07

Bunu etməyənlər 20 gündən bir 50 manat cərimələnəcək

2022/07/06 06:00

Röya Ayxanın qardaşının toyundan yeni görüntülər – FOTO/VİDEO

2022/07/06 05:26

ARB-nin xanım əməkdaşı şantaj edilir: “Pul tələb edirlər” – FOTO

2022/07/06 00:44

Neft 380 dollar olarsa, nə baş verər?- “Təyyarələr, zavodlar, maşınlar…”

2022/07/06 00:27

Nərimanov rayonunda məhəllə narkomanların yuvasına çevrilib, sakinlər narahatdır – VİDEO

2022/07/06 00:11

Abituriyentlərin NƏZƏRİNƏ: İmtahanların vaxtı dəyişdi

2022/07/05 23:58

“Neçə gündür onun üçün ürəyim ağlayır” – Aybəniz Haşımova

2022/07/05 23:53

Qarabağdan taxılın daşınması dayandı – Erməniləri aclıq gözləyir

2022/07/05 23:47

Daha bir yüksək vəzifəli şəxs işdən azad ediləcək – Qərar VERİLDİ

2022/07/05 23:42

Roza Zərgərlinin övladlığa götürdüyü oğluna ev verildi – FOTO

2022/07/05 23:36

Qarabağda antiterror əməliyyatlarının ANONSU VERİLDİ – “RUS HƏRBÇİLƏR…”

2022/07/05 23:31

“Location”dakı partlayışda zərərçəkmiş 53 şəxsin TAM SİYAHISI

2022/07/05 23:25

“Bolt” sürücüsü qəpikləri müştərinin üzünə çırpdı – VİDEO

2022/07/05 23:23

Bir gündə Bakıda beş taksi qəza törətdi: Üçü “Prius”dur – FOTO

2022/07/05 23:16

Amerikanın ən gənc milyarderi oldu

2022/07/05 23:09

Rusiya və Özbəkistan prezidentləri arasında telefon danışığı oldu

2022/07/05 23:08

Britaniyanın maliyyə və səhiyyə nazirləri istefa veriblər

2022/07/05 23:05

Özünü 12-ci İmam Mehdi kimi təqdim edən Aqil Babayevin istintaqı başa çatdı

2022/07/05 22:58

Müstəqillik Günündə ABŞ-ı qana bulayan 22 yaşlı gənc TUTULDU – FOTO

2022/07/05 20:55

Ukrayna bayrağı rəngində geyimləri ilə gündəm olan rus kosmonavtlardan YENİ XƏBƏR (FOTOLAR)

2022/07/05 20:47

Boynunu sındıraraq öldürdüyü həyat yoldaşının dəfnində yalandan ağladı – 18 illik həbs cəzası aldı

2022/07/05 20:41

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.