Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşada ilk yaşayış kompleksinin tikintisi üçün tender elan edib.
Medianews.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə ilk yaşayış kompleksinin tikintisinə başlayır. 6 blokluq yaşayış kompleksi 24 binadan ibarət olacaqdır və tender ilk iki blokun tikintisini üçün keçirilir. Yaşayış kompleksi şəhərin yuxarı hissində, tanınmış “Realnı” məktəbinin yaxınlığında yerləşən 8 hektarlıq sahədə tikiləcəkdir.
Açıq tenderdə tikinti işlərini yerinə yetirmək üçün qanunvericiliyə uyğun olaraq lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik bütün şirkətlər qatıla bilər. Tender elanı ilə etender.gov.az portalında tanış olmaq olar.
Medianews.az