Dünya bazarında qızılın qiyməti düşməkdə davam edir. İnvestorlar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) monetar siyasəti sərtləşdirəcəyini gözləyirlər.
Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,61%, yaxud 11,6 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 917,95 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,63% düşərək, 1 unsiyası 24,995 ABŞ dolları təşkil edib.
İnvestorlar güman edirlər ki, ABŞ FES-in iclasında uçot dərəcəsi artırılacaq, monetar siyasətin sərtləşdirilməsi isə ABŞ dolları üçün müsbət, qızıl üçün isə mənfi amil hesab olunur.
Bununla belə, hazırki siyasi vəziyyət etibarlı aktiv kimi qızılın aktuallığını saxlamaqdadır.