Qərb ölkələri bir-birinin ardınca karantin qaydalarını ləğv edir.
Məsələn, Fransada maska rejimi tamamilə ləğv edilib. Belə ki, bundan sonra ictimai nəqliyyatdan və tibb müəssisələrindən başqa heç bir yerdə belə qorunmaq vasitəsi tələb edilməyəcək.
Yumşalmalar Almaniyada martın 20-dən, Niderlandda martın 23-dən, Böyük Britaniyada isə martın 18-dən aparılacaq. Qərb ölkələri buna səbəb kimi qadağaların işə yaramadığını əsas gətirilər.
Bəs, Azərbaycan nə vaxt maskanın ləğvi ilə bağlı addım atılacaq?
Həkim-farmakoloq Müşfiq Hüseynov məsələ ilə bağlı Medianews.az saytına açıqlaması zamanı bildirib ki, bizimkilər bu işdə gecikirlər.
“Ölkələrin çoxunda təyyarə üçün PCR testi ləğv edilib. Hətta bir çoxlarında covid pasportu da ləğv edilib. Fikirləşirəm ki, hər halda aprelin 1-ni gözləyirlər. Qış bitib, yaz gəldikdə və yoluxmalar tamamilə sıfıra endikdə yəqin ki, maska qadağasını ləğv edərlər”.
Həkim-farmakoloqun sözlərinə görə, bu qadağanın hələ də qalmasının heç bir mənası yoxdur. Çünki artıq buna əməl də edilmir.
“Maska taxanlar isə onu sadəcə ağız hissədə saxlayırlar. Dövlət idarələri, özəl sektor və s. qapalı məkanlarda sadəcə qapıda formal olaraq yoxlayırlar. Binaların içərisin də isə maskadan söhbət belə gedə bilməz. Bu, özümüzü aldatmaqdan başqa bir şey deyil”.
Leyla
Medianews.az